Bank Of Baku

Qəbələdə tapılan qədim yaşayış məskəni ilə bağlı yeni faktlar üzə çıxıb

Qəbələdə tapılan qədim yaşayış məskəni ilə bağlı yeni faktlar üzə çıxıb
# 11 oktyabr 2011 09:54 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın Qəbələ rayonunda tapılan qədim yaşayış məskəni ilə bağlı yeni faktlar üzə çıxıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ ekspedisiyasının rəhbəri Qəhrəman Ağayevin APA-ya verdiyi məlumata görə, aparılan qazıntılar artıq abidənin ilkin ehtimal olunan yaşını deməyə imkan verir: “Hazırda qazıntı aparılan ərazi e.ə XI-VI əsrləri, son tunc, ilk dəmir dövrünü əhatə edir. Bu isə 2500-3000 illlik tarix deməkdir. Lakin müşahidələr abidənin yaşının daha qədim olacağını deməyə əsas verir”.

Ekspedisiya rəhbəri bildirib ki, qazıntılar nəticəsində insan formasında daş düzümü tapılıb: “Ola bilsin ki, bu tayfa başçısının, yaxud da şamanın qəbridir. Yaxın günlərdə bu qəbir açılacaq. Qazıntılar zamanı həmçinin uşaq küp qəbri, içərisində quş sümükləri olan təsərrüfat küpü, içərisində dəmir əridilən ocaq yeri tapılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR