Bank Of Baku

Təhsil Problemləri İnstitutunda tədqiqat mövzuları müzakirə edilib

Təhsil Problemləri İnstitutunda tədqiqat mövzuları müzakirə edilib
# 11 oktyabr 2011 10:58 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil Nazirliyinin sifarişi əsasında Təhsil Problemləri İnstitutunda 2011-2012-ci dərs ilində yerinə yetiriləcək tədqiqat mövzularının müzakirəsinə həsr olunmuş iclas keçirilib. Nazirlikdən APA-ya verilən məlumata görə, naziri Misir Mərdanov iclasda təhsil sahəsində müxtəlif mövzular üzrə tədqiqatların aparılmasının zəruri olduğunu deyib.
Cari dərs ilində yerinə yetiriləcək tədqiqat mövzuları haqqında danışan Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov bildirib ki, 2011-2012-ci dərs ilində əsasən tətbiqi xarakterli mövzular araşdırılacaq. Ayrı-ayrı mövzuların tədqiqi ilə bağlı konkret layihələrin hazırlandığını söyləyən A. Mehrabovin sözlərinə görə, layihələrdə şagird nailiyyətlərinin qiymətləndirilməsi, ilkin pedaqoji kadr hazırlığı, ibtidai təhsil, fənn kurrikulumları, peşə-ixtisas təhsili, beş yaşlıların məktəbə hazırlığı əhatə olunub.
.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR