Bank Of Baku

AMEA-nın Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın həyat və yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib - FOTOSESSİYA

AMEA-nın Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın həyat və yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib - <font color=red>FOTOSESSİYA </font>
# 11 oktyabr 2011 11:35 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunda görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın həyat və yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən institutun direktoru Gövhər Baxşəliyeva Aida İmamquliyevanın elmi və təşkilati fəaliyyətindən danışıb. O bildirib ki, A.İmanquliyeva institutda ərəb ədəbiyyatşünaslığı sahəsində bir məktəb yaradıb: “Aida İmanquliyevanın əsərləri ərəb aləmində geniş yayılıb. Şərqşünas alimin əsərlərində şərq-qərb əlaqələri geniş əks etdirilib. Onun Şərq müdrikliyi ilə Qərb həssaslığını özündə cəmləşdirən ərəb məhcər ədəbiyyatının yaranması, inkişafı və məhcər ədəbiyyatını bir ədəbi cərəyan kimi səciyyələndirən məziyyətlər barədə mülahizə və fikirləri bu gün şərqşünaslıq sahəsində görkəmli mütəxəssislər tərəfindən bəyənilir və qəbul edilir”.
Tədbirdə A.İmanquliyevanın xatirəsinə həsr edilmiş Fazil Güneyin “Suriya qadın yazıçılarının əsərlərində qadın emansipasiyası” adlı kitabının təqdimatı da keçirilib. Kitabda ümumşərq qadın ədəbiyyatının yaranıb inkişaf etdirilməsində rolu olan qadın yazıçılardan bəhs olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR