Bank Of Baku

Mərkəzi Klinik Xəstəxananın baş həkimi ABŞ-da işgüzar səfərdə olub - FOTO

Mərkəzi Klinik Xəstəxananın baş həkimi ABŞ-da işgüzar səfərdə olub - <font color=red>FOTO</font>
# 11 oktyabr 2011 11:51 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın (MKX) baş həkimi, tibb elmləri namizədi Kamran Musayev ABŞ-da işgüzar səfərdə olub. K. Musayev APA-ya bildirib ki, səfərin məqsədi ürək-damar cərrahiyyəsi sahəsində ABŞ həkimləri ilə elmi-praktik təcrübə mübadiləsi aparmaq olub. Səfər dünyanın ən məşhur səhiyyə ocaqlarından olan ABŞ-ın Minnesota Ştatının Rochester şəhərində yerləşən Mayo Klinikasında baş tutub. Mayo Klinikası ABŞ-da və dünyada, xüsusilə, ürək və damar xəstəlikləri sahəsində ən aparıcı klinikalardan biridir. K.Musayev bu klinikaya səfəri zamanı ürək cərrahiyyəsinin ən son nailiyyətləri, kardiocərrahiyyədə ən qabaqcıl metodların tətbiqi ilə yaxından tanış olub.

Mayo Klinikasında keçdiyi elmi-praktik təcrübə mübadiləsinin nəticələri barədə məlumat verən K. Musayevin sözlərinə görə, ürək-damar cərrahiyyəsində ABŞ həkimləri dünyanın ən qabaqcıl metod və texnologiyalarını tətbiq edir: “Bu metod və texnologiyaların öyrənilməsi və Azərbaycanda tətbiq olunması kardiocərrahiyyənin daha da inkişaf etməsi üçün çox vacibdir. Bu görüşlər zamanı ABŞ-dan olan həmkarlarımıza Azərbaycanda səhiyyənin ən müxtəlif sahələrinin son dövrlərdə inkişafı barədə məlumat verdik. Xüsusilə kardiocərrahiyyə sahəsində son illərdə əldə etdiyimiz nailiyyətlər ABŞ-dan olan həmkarlarımız tərəfindən böyük maraqla qarşılandı. Keçirdiyimiz görüşlər nəticəsində gələcəkdə ABŞ mütəxəssislərinin ölkəmizə səfəri barədə razılıq da əldə olundu. Hədəfimiz ürək cərrahiyyəsindəki ABŞ təcrübəsini və dünyada müşahidə olunan ən son yenilikləri ölkəmizdə tətbiq etməkdir. Hesab edirəm ki, əlaqələrimizin inkişafı ölkəmizdə ürək-damar cərrahiyyəsinin, ümumilikdə isə, səhiyyəmizin inkişafına müsbət təsirlərini göstərəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR