Bank Of Baku

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı MTN-in Heydər Əliyev adına Akademiyasında elmi-praktik konfrans keçirilib – FOTO

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı MTN-in Heydər Əliyev adına Akademiyasında elmi-praktik konfrans keçirilib – <font color=red>FOTO </font>
# 11 oktyabr 2011 13:08 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü ilə bağlı tədbirlər planına uyğun olaraq Milli Təhlükəsizlik Nazirliyində (MTN) həyata keçirilən tədbirlər davam etdirilir. Bu münasibətlə MTN-in Heydər Əliyev adına Akademiyasında elmi-praktik konfrans keçirilib. MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin Akademiyada ucaldılmış abidəsi önünə gül dəstəsi qoyulub. Sonra akt zalında davam edən konfransda Akademiyanın rəisi, general-leytenant Ziya Yusifzadə, akademiya rəisinin 1-ci müavini, general-mayor Şahin Sultanov, professor, polkovnik Vaqif Qasımov, professor, polkovnik Cəlal Qasımov, dinləyici, baş leytenant Elmin İsmayılov və kursant, Heydər Əliyev təqaüdçüsü Vüsal Məmmədov çıxış ediblər. Natiqlər Heydər Əliyevin fəaliyyətinin müxtəlif sahələrinə toxunub, bu fəaliyyət nəticəsində qazanılan nailiyyətlərdən danışıblar. Bildirilib ki, Azərbaycan dövlətçiliyinin və əmin-amanlığın qarantı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyi getdikcə daha da möhkəmlənir və milli təhlükəsizlik orqanlarının əməkdaşları bu işdə həmişə dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin ən yaxın köməkçiləri olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR