Bank Of Baku

BDU-da Nano Araşdırmalar Laboratoriyası açılıb

BDU-da Nano Araşdırmalar Laboratoriyası açılıb
# 11 oktyabr 2011 13:33 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bakı Dövlət Universitetində (BDU) Nano Araşdırmalar Laboratoriyasının açılışı olub. APA-nın məlumatına görə, açılış mərasimində BDU-nun rektoru Abel Məhərrəmov, Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və digər şəxslər iştirak edib.
Mərasimdə iştirak edənlərin diqqətinə çatdırılıb ki, nanomateriallar və nanotexnologiyalar üzrə elmi araşdırmaların hazırda dünyanın elm sahəsində prioritet istiqamət olduğunu nəzərə alaraq kimya, fizika, biologiya, tətbiqi riyaziyyat və kibernetika fakültələrinin bazasında 2005-ci il tarixində “Nano araşdırmalar mərkəzi” və “Nanomaterialların kimyəvi fizikası” kafedrası açılıb. Elə vaxtdan da nanotexnologiyalar istiqamətində kadr hazırlığı və tədqiqat işləri aparılır. Son 5 ildə bu istiqamətdə aparılan tədqiqat işlərinin nəticələri 60-dan artıq nüfuzlu jurnalda məqalələr şəklində dərc edilib. Hazırda laboratoriya ən müasir cihazlarla təchiz olunub. Laboratoriyanın müdiri professor Məhəmmədəli Ramazanovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR