Bank Of Baku

Azərbaycanda əqli mülkiyyət üzrə Tvinninq Layihəsinin təqdimatı keçiriləcək

Azərbaycanda əqli mülkiyyət üzrə Tvinninq Layihəsinin təqdimatı keçiriləcək
# 11 oktyabr 2011 14:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Avropa Komissiyasının maliyyələşdirdiyi və Azərbaycan Müəllif Hüquqları Agentliyinin (MHA) benefisiarı olduğu “Azərbaycanda müəllif hüquqları və əlaqəli hüquqların həyata keçirilməsi sahəsində potensialların artırılması” üzrə Tvininq Layihəsinin icrasına başlanılıb. MHA-nın hüquq şöbəsinin müdiri Xudayat Həsənli APA-ya bildirib ki, oktyabrın 25-də layihənin təqdimatı keçiriləcək.

Layihənin əsas məqsədi Azərbaycanda əqli mülkiyyət hüquqlarının təminatının gücləndirilməsinə yardım göstərməkdir. Layihə Azərbaycanda müəlliflik hüquqları və əlaqəli hüquqlarla bağlı potensialın artırılması məqsədini güdür: “Layihənin əsas 5 komponenti var. Bunlar MHA-nın funksional, texniki potensialının gücləndirilməsi, hüquqi və tənzimləyici vəzifələrin və tövsiyələrin hazırlanması, agentliyin və digər maraqlı tərəfdaşların mütəxəssisləri üçün təlim və tədrisin təşkili, hüquqi maarifləndirmə sahəsində nəşrlərin buraxılmasıdır. Layihə 18 ay müddətində icra olunacaq. Layihədə Azərbaycan mütəxəssislərinin xarici ölkələrdə təcrübə keçməsi, xarici ekspertlərin isə Azərbaycanda treninqlər keçirməsi nəzərdə tutulub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR