Bank Of Baku

Azərbaycanda becərilən soğan məhsullarının tərkibindəki gübrələrin miqdarı yoxlanılıb

Azərbaycanda becərilən soğan məhsullarının tərkibindəki gübrələrin miqdarı yoxlanılıb
# 11 oktyabr 2011 15:22 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət Toksikologiya Laboratoriyasında Azərbaycanda becərilən soğan məhsullarının tərkibindəki gübrələrin - ammonium-nitrat gübrəsinin, pestisidlərin qalıq miqdarı, radionuklitlərin və ağır metalların miqdarı yoxlanılıb. Bu haqda APA-ya laboratoriyanın rəhbəri Yaqub İbrahimov məlumat verib.

Onun sözlərinə görə, yoxlama nəticəsində bu sahədə heç bir neqativ hal aşkarlanmayıb: “Azərbaycanda becərilən soğan məhsullarından götürülən nümunələrin heç birində insan sağlamlığı üçün təhlükəli qalıq aşkarlanmayıb. Ekspertiza laboratoriyasında soğanda baş verə biləcək xəstəliklər də yoxlanılıb. Hazırda Azərbaycan bazarlarında satılan soğanlarda heç bir ciddi xəstəlik əmələ gətirən nəticə müşahidə olunmayıb”.

Y. İbrahimov onu da bildirib ki, bu ilki mövsümdə Azərbaycana xarici ölkələrdən soğan idxal edilməyib: “Amma bu il də xaricdən Azərbaycana soğan gətiriləcək və biz həmin məhsulları da yoxlayacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR