Bank Of Baku

ABŞ Senatı Barak Obamanın təklif etdiyi işsizliklə mübarizəyə dair tədbirlər paketini rədd edib

ABŞ Senatı Barak Obamanın təklif etdiyi işsizliklə mübarizəyə dair tədbirlər paketini rədd edib
# 12 oktyabr 2011 08:28 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ Senatı prezident Barak Obama administrasiyasının təklif etdiyi işsizliklə mübarizəyə dair tədbirlər paketinin əleyhinə səs verib.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, səsvermə rəsmən açıq qalmış sayılır - demokrat senator Ceyn Şahin Vaşinqtona vaxtında gəlib çata bilməyib. Lakin onun səsinin nəticəyə təsir etməyəcəyi də bəri başdan məlumdur.

“Associated Press” qeyd edir ki, qanun layihəsinin əleyhinə 40 səs kifayət etdiyi halda, onun qəbulunu 46 respublikaçı və 2 demokrat senator əngəlləyib.

Prezident Barak Obama bəyan edib ki, Senat işsizliklə mübarizəyə dair tədbirlər paketini bütövlükdə qəbul etmək istəmirsə, o zaman orada nəzərdə tutulan tədbirləri ayrı-ayrılıqda səsverməyə çıxaracaq.

Qeyd edək ki, Ağ Ev rəhbərinin təklif etdiyi yeni qanun layihəsində hazırda 9,1% səviyyəsində olan işsizlik səviyyəsini azaltmaq və iqtisadiyyatı stimullaşdırmağa yönələn digər tədbirlər üçün 447 mlrd. dollar ayrılması nəzərdə tutulurdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR