Bank Of Baku

Sabahdan Azərbaycan ərazisində hava pisləşəcək, bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək

Sabahdan Azərbaycan ərazisində hava pisləşəcək, bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək
# 12 oktyabr 2011 09:11 (UTC +04:00)
Səhər bəzi yerlərdə zəif duman olacaq. Axşam havanın tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gecə 15-19, günün birinci yarısında 24-29, axşama doğru 22 dərəcəyədək isti olacaq.

Oktyabrın 14-də hava buludlu keçəcək. Oktyabrın 13-dən 14-ə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Gecə 12-16, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 13-də şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 13-18, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 14-də bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 19-24, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR