Bank Of Baku

DSMF-də Avstriyanın “Superfund” beynəlxalq şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib

DSMF-də Avstriyanın “Superfund” beynəlxalq şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib
# 12 oktyabr 2011 09:35 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Avstriyanın “Superfund” beynəlxalq şirkətinin icraçı direktoru xanım Ursula Kamperinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, DSMF sədri S.Müslümov qonaqlara Fondun fəaliyyəti barədə ətraflı məlumat verib.

O bildirib ki, 2006-cı ildən etibarən ölkəmizdə yeni, beynəlxalq təcrübədə özünü doğrultmuş əmək pensiyaları sistemi fəaliyyətdədir. Yeni sistemin sürətlə qurulması üçün müəyyənləşdirilən əsas strategiya kimi informasiya kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində idarəetmənin səmərəliliyi artırılıb.

Öz növbəsində U.Kamperin rəhbərlik etdiyi qurum barədə məlumat verərək bildirib ki, investisiya şirkətlər qrupu olan “Superfund” şirkətinin əsası 1995-ci ildə Vyana şəhərində qoyulub. Bu şirkət fondların tam avtomatlaşdırılmış kompyuter-ticarət idarə sistemləri ilə təmin edilməsi sahəsində tanınmış şirkətdir. Avtomatik ticarət sistemlərinin məqsədi artan və azalan bazarlarda uzunmüddətli müsbət nəticə əldə etməkdir. Bu gün “Superfund” şirkəti ABŞ, Avropa və Asiyadakı filialları ilə müasir maliyyə sənayesi üçün dünyada aparıcı yüksək texnologiya təklif edən şirkətlərdən biri sayılır.

Görüşün sonunda DSMF ilə “Superfund” şirkəti arasında gələcəkdə əməkdaşlıq etmək istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR