Bank Of Baku

“Müstəqil Azərbaycanda idman siyasəti” mövzusunda elmi-praktik konfrans keçirilib

“Müstəqil Azərbaycanda idman siyasəti” mövzusunda elmi-praktik konfrans keçirilib
# 12 oktyabr 2011 09:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Gənclər və İdman Nazirliyində dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycanda idman siyasəti” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, artıq Azərbaycan idman sahəsində digər ölkələrə nümunə göstərilir: “Hər il Azərbaycanda 50-yə yaxın beynəlxalq yarış və turnir keçirilir. 1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra Azərbaycanın olimpiya hərəkatında inkişaf prosesi gedir”.

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, millət vəkili Ağacan Abiyev xatırladıb ki, Azərbaycan 1996-cı ildə ilk dəfə Atlanta Olimpiadasında iştirak edərək ilk olimpiya medalını qazanıb: “Heydər Əliyevin idmana göstərdiyi qayğı bu gün dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirilir. Bütün regionlarda idman bazaları fəaliyyət göstərir. Azərbaycanda son illər 32 Olimpiya İdman Kompleksi tikilərək vətəndaşların istifadəsinə verilib”.

Tədbirdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professor və müəllimlərinin "Azərbaycanın müstəqilliyi dövründə bədən tərbiyəsi və idmanın inkişafı", "Müstəqillik dövründə bədən tərbiyəsi və idman sahəsində qəbul olunmuş qanunlar" mövzularında məruzələri və bununla bağlı çıxışlar dinlənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR