Bank Of Baku

Bakıda Cənubi Qafqaz xalqlarının tarixindən bəhs edən bir neçə yeni elmi əsərin təqdimatı keçirilib

Bakıda Cənubi Qafqaz xalqlarının tarixindən bəhs edən bir neçə yeni elmi əsərin təqdimatı keçirilib
# 12 oktyabr 2011 10:13 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə-APA. Bu gün Bakıda Cənubi Qafqaz xalqlarının tarixindən bəhs edən bir neçə yeni elmi əsərin təqdimatı keçirilib. APA-nın məlumatına görə, Azərbaycan tərəfdən “Azərbaycanlı tarixçilər” İctimai Birliyinin iştirak etdiyi bu layihəyə Gürcüstan alimləri də qatılıb. Cənubi Qafqaz xalqları və dövlətləri tarixinin müqayisəli təhlilinin aparıldığı müvafiq layihədə erməni tarixçiləri iştirak etməyib.

Tədbirdə çıxış edən tarixçi Rauf Hüseynzadə xatırladıb ki, hələ sovet dövründə Qafqaz xalqlarının müştərək tarixini ərsəyə gətirməyə təşəbbüs edilib. Lakin o zaman üç ölkə tarixçiləri arasında ziddiyyət və tarixə baxış fərqləri buna mane olub: “Tarixçilərin tək bir şəhərin dəqiq xəritəsi üstündə mübahisəsi üç gün davam edib və bu təşəbbüs o zaman nəticəsiz bitib. İndi isə işıq üzü görən kitab “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən dəstəklənib”.

Tarixçi vurğulayıb ki, çap edilmiş tarixi oçerklər birbaşa mənbələr üzərində qurulub və bu hal, həmin əsərlərin ən önəmli cəhətidir.

Tədbirdə çıxış edən tarixçi Rauf Rəcəbov “Cənubi Qafqaz xalqlarının yanbayan dinc yaşamaq örnəkləri”, “Cənubi Qafqaz dövlət tarixinin müqayisəli təhlili” adlı kitabların ciddi aktual əhəmiyyətə malik olduğunu deyib.

Müştərək təşəbbüsdə hər bir ölkədən üç tarixçi-alim iştirak edib. Tədbirdə belə bir müştərək elmi təcrübələrin gələcəkdə də davam etdiriləcəyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR