Bank Of Baku

“İnsanın sağlamlıq hüququ: səhiyyənin hüquqi və etik məsələləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

“İnsanın sağlamlıq hüququ: səhiyyənin hüquqi və etik məsələləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
# 12 oktyabr 2011 10:13 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda “İnsanın sağlamlıq hüququ: səhiyyənin hüquqi və etik məsələləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. APA-nın məlumatına görə, institutun direktoru Aytən Mustafayeva tədbirdə çıxış edərək bildirib ki, son illər Azərbaycanda səhiyyə sisteminin yenidən qurulması istiqamətində ciddi addımlar atılır. Lakin səhiyyənin inkişafı tək infrastrukturun yaradılması ilə deyil, vətəndaşların maarifləndirilməsi və tibbi hüququn inkişafı ilə bağlıdır. Səhiyyədə olan hüquq pozuntularının kütləvi müzakirəsi tibb işçilərinin öz vəzifələrinə səhlənkar yanaşması hallarının profilaktikası və səhiyyə xidmətlərinin yüksəldilməsi istiqamətində ən vacib addımlardan biridir.

Ümumdünya Tibbi Hüquq Assosiasiyasının üzvü Din Xarris isə bildirib ki, həkim səhlənkarlığına diqqət yetirilməməsi və cəzasızlıq şəraiti tibbi yardımın dinamik inkişaf səviyyəsinin və keyfiyyətinin aşağı düşməsinə, əhalinin səhiyyə sisteminə inamının azalmasına, vətəndaşların xarici ölkələrdə müalicəyə üstünlük verməsinə gətirib çıxarır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR