Bank Of Baku

Təhsil Nazirliyi Koreyadan 2 milyon dollar qrant alacaq - FOTO

Təhsil Nazirliyi Koreyadan 2 milyon dollar qrant alacaq - <font color=red>FOTO</font>
# 12 oktyabr 2011 10:38 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakıda Koreyanın Xarici İşlər və Ticarət Nazirliyi ilə Azərbaycan Təhsil Nazirliyi arasında Azərbaycan Texniki Universitetinin təhsil-informasiya sisteminin yaradılması üzrə qrant sazişi imzalanıb. APA-nın məlumatına görə, sazişi təhsil naziri Misir Mərdanov və Koreyanın Azərbaycandakı səfiri imzalayıb.

M. Mərdanov bildirib ki, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi Azərbaycanla Koreya arasında təhsil sahəsində münasibətlərin inkişafında mühüm rol oynayır: “Layihəni Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi maliyyələşdirəcək. Dəyəri 2 milyon dollar olan layihə üç il müddətində həyata keçiriləcək. Layihə çərçivəsində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi Azərbaycan Texniki Universitetini zəruri avadanlıqlarla təmin edəcək. Koreyalı mütəxəssislər Azərbaycana ezam olunacaqlar”.

Nazir bildirib ki, ATU-nun mühəndislərinə Koreyada təlim veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR