Bank Of Baku

Nobel mükafatı laureatına Azərbaycan Dillər Universitetinin fəxri doktoru adı verilib

Nobel mükafatı laureatına Azərbaycan Dillər Universitetinin fəxri doktoru adı verilib
# 12 oktyabr 2011 11:57 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Nobel mükafatı laureatı, yazıçı Vidiatxar Suracprosad Naypola Azərbaycan Dillər Universitetinin fəxri doktoru olub. APA-nın xəbərinə görə, universitetdə keçirilən mərasimdə rektor Səməd Seyidov qonağa fəxri doktor mantiyasını təqdim edib.

S. Seyidov universitetin tarixində ilk dəfə olaraq Nobel laureatının ADU-nun fəxri doktoru olduğunu söyləyib: “Bu, professor-müəllim və tələbi heyəti üçün tarixi gündür. Ədəbiyyatda yeni yanaşmanın təməlini qoymuş və bu səbəblə Nobel almış şəxs universitetimizi ziyarət edir. Ümid edirəm ki, vaxt gələcək bizim tələbələrimizdən biri də Nobel mükafatına layiq görüləcək”.

V. S. Naypola ona verilən fəxri ada görə təşəkkür edərək xarici dillərin öyrənilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, V. S. Naypola 2001-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı alıb. O, Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Azərbaycana gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR