Bank Of Baku

Fələstin səfiri Şərqşünaslıq İnstitutunda olub

Fələstin səfiri Şərqşünaslıq İnstitutunda olub
# 12 oktyabr 2011 12:20 (UTC +04:00)
Bakı-APA. Fələstinin Azərbaycandakı səfiri Naser Abdel Kərim Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. İnstitutdan APA-ya verilən məlumata görə, səfir Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva ilə görüşüb.
G. Baxşəliyeva səfirə Şərqşünaslıq İnstitutunda ərəbşünaslıqla bağlı görülən işlər barədə məlumat verib, institutun «Ərəb filologiyası», «Ərəb ölkələri tarixi və iqtisadiyyatı», «Din və ictimai fikir tarixi», «Yazılı abidələrin tədqiq və nəşri» və «Şərq - Qərb» şöbələrində bu sahədə tədqiqatların aparıldığını qeyd edib. G.Baxşəliyeva institutda Fələstinlə də bağlı tədqiqatların aparıldığını vurğulayıb, bir dissertantın Nəzər Qabbaninin yaradıcılığını araşdırdığını nəzərə çatdırıb.
G.Baxşəliyeva Azərbaycan xalqının həmişə Fələstin xalqını dəstəklədiyini bildirərək, iki xalqın eyni problemlə üzləşdiyini qeyd edib, Azərbaycan torpaqlarının da Fələstin torpaqları kimi işğala məruz qaldığını söyləyib.
Naser Abdel Kərim Fələstin xalqının və hökumətinin daim Azərbaycan xalqını haqq mübarizəsində dəstəklədiyini söyləyib.
Naser Abdel Kərim Azərbaycan və Fələstin arasında dostluq cəmiyyətinin yaradılmasını istədiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR