Bank Of Baku

Gələn il Azərbaycanda məhkəmə sisteminin saxlanılması üçün 44, 3 milyon manat vəsait ayrılacaq

Gələn il Azərbaycanda məhkəmə sisteminin saxlanılması üçün 44, 3 milyon manat vəsait ayrılacaq
# 12 oktyabr 2011 12:39 (UTC +04:00)
Maliyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, bu 2012-ci ilin dövlət büdcəsi layihəsində öz əksini tapıb.

Bu, 2011-ci illə müqayisədə 1,0 milyon manat və yaxud 2, 3 faiz çoxdur. Eyni zamanda 2012-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərində də müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluğun saxlanması xərcləri bölməsi üçün müvafiq investisiya layihələri nəzərdə tutulacaq.

Məhkəmə sistemində struktur islahatların davamı olaraq 2012-ci ildən ağır cinayətlər məhkəmələrinin, hərbi məhkəmələrin, şəhər və rayon məhkəmələrinin və inzibati-iqtisadi məhkəmələrin fəaliyyətlərinin maliyyə təminatı ilə bağlı xərclərin fərdi qaydada deyil, mərkəzləşdirilmiş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR