Bank Of Baku

Gələn il Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin yaxşılaşdırılmasına 201 milyon manat xərclənəcək

Gələn il Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin yaxşılaşdırılmasına 201 milyon manat xərclənəcək
# 12 oktyabr 2011 12:46 (UTC +04:00)
Maliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, bu barədə 2012-ci ilin Dövlət Büdcəsi Layihəsində qeyd olunub.
Gələn ilin dövlət büdcəsində ölkədə pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün 1781,6 milyon manat vəsait ayrılması proqnozlaşdırılıb. Bu, ötən illə müqayisədə 10,5 faiz, 2010-cu illə müqayisədə isə 58,7 faiz çoxdur. 2012-ci ildə əhalinin sosial müdafiəsi və sosial təminat xərclərinə ayrılan vəsaitin 1044,3 milyon manatı Dövlət Sosial Müdafiəsi Fondu vasitəsi ilə həyata keçirilən sosial ödənişlərin maliyyələşdirilməsinə, 438,6 milyon manatı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsi ilə həyata keçirilən sosial tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.

Gələn il qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin daha yaxşılaşdırılması, habelə onların istifadə etdikləri kommunal xidmət haqlarının dövlət büdcəsi hesabına ödənilməsi məqsədi ilə dövlət büdcəsindən 201 milyon manat vəsait ayrılması proqnozlaşdırılır ki, bu da 2011-ci illə müqayisədə 4,7 milyon manat çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR