Bank Of Baku

Böyük Britaniyada işsizlik səviyyəsi son 17 ildə rekord səviyyəyə çatıb

Böyük Britaniyada işsizlik səviyyəsi son 17 ildə rekord səviyyəyə çatıb
# 12 oktyabr 2011 12:54 (UTC +04:00)
Bakı - APA-Economics. Böyük Britaniyada işsizlik səviyyəsi son 17 ildə rekord səviyyəyə çatıb. “APA-Economics”in “The Independent”ə istinadən xəbərinə görə, son bir neçə ayda ölkədə işsizlərin sayı daha 100 min nəfər artıb.

Gənc vətəndaşlar arasında da işsizlik səviyyəsi maksimuma çatıb - son 7 ayda onların sayı 991 min nəfərə yüksəlib. İşsizliyə görə müavinət alan britaniyalıların sayı isə 1 579,2 min nəfər təşkil edib.

Təkcə avqust ayında işsizlərin sayı 19,1 min nəfər artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR