Bank Of Baku

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Avstriyanın Əmək, Sosial Məsələlər və İstehlakçıların Müdafiəsi Nazirliyi arasında protokol imzalanıb - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Avstriyanın Əmək, Sosial Məsələlər və İstehlakçıların Müdafiəsi Nazirliyi arasında protokol imzalanıb  - <font color=red>FOTO</font>
# 12 oktyabr 2011 12:56 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov ilə Avstriyanın əmək, sosial məsələlər və istehlakçıların müdafiəsi naziri Rudolf Hundstofer arasında görüş keçirilib. APA-nın məlumatına görə, görüş Avstriya prezidenti Haynz Fişerin Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub.

F. Ələkbərov bildirib ki, ölkələr arasında məşğulluq siyasəti, ahıl və digər həssas qruplara qayğının göstərilməsi və sair istiqamətlərdə məlumat mübadiləsinin həyata keçirilməsi vacibdir. Nazir deyib ki, əmək və sosial müdafiə sahəsində nazirliklər arasında Anlaşma Memorandumun hazırlanması və imzalanması məqsədəuyğundur.

R. Hundstofer isə qeyd edib ki, Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyətinin ötən il Avstriyaya səfəri qarşılıqlı əlaqələrin genişləndirilməsində mühüm rol oynayıb. Qonaq F. Ələkbərovu yenidən ölkəsinə dəvət edib.

Görüşün sonunda iki ölkə arasında əməkdaşlıq məqsədilə protokol imzalanıb. Sənəddə ekspertlərin qarşılıqlı səfərlərinin, birgə seminar və konfransların təşkil olunması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR