Bank Of Baku

Azərbaycanın çaylarında mövcud vəziyyət barədə məlumat açıqlanıb

Azərbaycanın çaylarında mövcud vəziyyət barədə məlumat açıqlanıb
# 12 oktyabr 2011 13:09 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 90-120, Kiçik Qafqazın çaylarında 80-100, Lənkəran-Astara bölgəsi çaylarında 10-20, Naxçıvan MR-sı çaylarında isə normanın 80-90 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 140 kubmetr/saniyə, yəni ongünlük normanın 83 faizi, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 64 kubmetr/saniyə, yəni ongünlük normanın 60 faizi qədərdir.

Kür çayının aşağı axınında, Surra məntəqəsində suyun səviyyəsi 429, Şirvanda 330, Salyanda 353, Bankədə 251, Araz çayının Novruzlu məntəqəsində isə 215 santimetrdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR