Bank Of Baku

Marneulinin Gorarxı kənd orta məktəbinin bərpadan sonra açılışı keçirilib – FOTOSESSİYA

Marneulinin Gorarxı kənd orta məktəbinin bərpadan sonra açılışı keçirilib – <font color=red>FOTOSESSİYA</font>
# 13 oktyabr 2011 08:10 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanın Marneuli rayonunun Gorarxı (Alget) kəndində azərbaycanlıların təhsil aldığı Teymurxan Çovdarov adına 1 saylı orta məktəbin bərpadan sonra açılışı olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bünövrəsi 1903-ci ildən qoyulan və 108 illik bir tarixi olan məktəb ilk dəfə öz fəaliyyətinə 4 illik rus-tatar məktəbi kimi başlayıb. 1907-ci ildən sonra isə 4 illik və sonralar 8 illik məktəbə çevrilən bu təhsil ocağında dərslər Azərbaycan dilində tədris edilib. Məktəbə adı verilmiş T. Çovdarov 1951-ci ildən başlayaraq 20 ildən çox bu təhsil ocağına rəhbərlik edib.

Tədbirdə çıxış edən məktəb direktoru Əhməd Əliyev Tiflisdən, Borçalı kəndlərindən və Bakıdan gələn ziyalıları, kənd sakinlərini salamlayaraq məktəbin tikintisinə maliyyə ayıran ARDNŞ-in Gürcüstan nümayəndəliyinə minnətdarlığını bildirib. Sonra Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze, Gürcüstan təhsil nazirinin müavini Koka Seperteladze, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, ARDNŞ-in vitse-prezidenti David Məmmədov çıxış edərək məktəbin açılışı münasibətilə müəllim kollektivini və kənd əhalisini təbrik ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR