Bank Of Baku

Gələn ildən Azərbaycan gömrükçüləri Ukraynada ikinci ali təhsil ala biləcək

Gələn ildən Azərbaycan gömrükçüləri Ukraynada ikinci ali təhsil ala biləcək
# 13 oktyabr 2011 08:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ukrayna ilə Azərbaycan arasında Azərbaycan gömrükçülərinin Ukraynada ikinci təhsil almasına dair razılıq əldə olunub. “APA-Economics”in xəbərinə görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, ikitərəfli razılaşmaya əsasən hazırda Azərbaycan vətəndaşları Ukraynada gömrük sahəsində ilk ali təhsil ala bilir. Gələn ildən etibarən isə Azərbaycan gömrükçüləri Ukraynada ikinci ali təhsil də ala biləcək: “Kvota ildə 10 nəfər təşkil edəcək. Təhsil pulsuz olacaq”.

A.Əliyev onu da bildirib ki, hazırda Azərbaycan gömrükçüləri ikinci təhsili yalnız Rusiyada alır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR