Bank Of Baku

Hicran Hüseynova: “Bələdiyyə orqanlarında qadınların təmsilçiliyi 4 faizdən 26,5 faizə yüksəlib”

Hicran Hüseynova: “Bələdiyyə orqanlarında qadınların təmsilçiliyi 4 faizdən 26,5 faizə yüksəlib”
# 13 oktyabr 2011 08:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Azərbaycanda bələdiyyə orqanlarında qadınların təmsilçiliyi 4 faizdən 26,5 faizə yüksəlib”. APA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Müstəqil Azərbaycan 20 il: dövlət, ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda deyib. O bildirib ki, Azərbaycan tarixinin ən şərəfli dövrü müstəqilliyin bərpasıdır: “Dövlətimiz ailə institutunun möhkəmləndirilməsi, uşaq və qadın hüquqlarının müdafiəsi sahəsində qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün bütün gücünü səfərbər edib. Ölkədə aparılan uğurlu sosial siyasət qadınların öz potensiallarını reallaşdırmasına daha geniş zəmin yaradıb. Müasir Azərbaycanda qadınların dövlət strukturlarında təmsilçiliyi getdikcə artır. Parlamentdə qadın deputatların təmsilçiliyi ötən çağırışla nisbətdə 14-dən 20 nəfərə yüksəlib. Bələdiyyə orqanlarında qadınların təmsilçiliyi 4 faizdən 26,5 faizə qalxıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR