Bank Of Baku

Fərzəlı Qədirov: “Məktəblərdə yaşı 65-dən yuxarı olan müəllimlərin təqaüdə göndərilməsi prosesi başa çatmaq üzrədir”

Fərzəlı Qədirov: “Məktəblərdə yaşı 65-dən yuxarı olan müəllimlərin təqaüdə göndərilməsi prosesi başa çatmaq üzrədir”
# 13 oktyabr 2011 09:19 (UTC +04:00)
Məsələn, bir rayondan 100-150 nəfər müəllim yaşa görə çıxarılıbsa, vakant yerlərə təxminən 20 nəfər yerləşdirilir. Çox ehtiyac olan yerlərə müəllimlər göndərilir”. Bu açıqlamanı APA-ya Təhsil Nazirliyinin strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov bildirib. Onun sözlərinə görə, ehtiyac yaranan yerlərə Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu üzrə keçirdiyi imtahanlarda iştirak edərək keçid balı toplayan müəllimlər təyin edilir.

F. Qədirov bildirib ki, Azərbaycanın ümumtəhsil müəssisələrində yaşı 65-dən yuxarı olan müəllimlərin təqaüdə göndərilməsi prosesi demək olar ki, başa çatmaq üzrədir: “Yaşı 65-dən yuxarı olan müəllimlərin müəyyən hissəsi işdən azad olunub. Amma qanunvericilikdə nəzərdə tutulduğu kimi müəyyən meyarlar çərçivəsində ehtiyac duyulan yerlərdə belə müəllimlər saxlanılıb, xüsusilə ixtisas fənləri üzrə müəllimlərin çatışmadığı kənd yerlərində. Digər məktəblərdə də meyarlara uyğun olan müəllimlərin fəaliyyətləri müqavilə ilə bir il müddətinə uzadılıb”.

F. Qədirov onu da deyib ki, meyarlara uyğun olaraq fəaliyyətlərini davam etdirən müəllimlər yaşı 65-dən yuxarı olan müəllimlərin cəmi 2 faizini təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR