Bank Of Baku

Şəmsəddin Haciyev: “Doktorantlara hərbi xidmətdən möhlət hüququ verilməsi çox yaxşı hal olar”

Şəmsəddin Haciyev: “Doktorantlara hərbi xidmətdən möhlət hüququ verilməsi çox yaxşı hal olar”
# 13 oktyabr 2011 09:25 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Milli Məclisin (MM) Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev deyib. Hələlik həmin müddəaları açıqlamaq istəmədiyini bildirən komitə sədri deyib ki, doktorantlara möhlət verilməsi çox yaxşı hal olar: “Hər bir Azərbaycan vətəndaşı dövlət qarşısında borcunu mütləq yerinə yetirməlidir. Söhbət yalnız möhlətdən gedir, hərbi xidmətdən yayınmaqdan, hərbi xidmət etməməkdən yox”.

Ş. Hacıyev magistraturada təhsil alanlara da hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə əlaqədar sədri olduğu komitəyə çoxlu müraciətlərin edildiyini açıqlayıb: “Ali təhsil haqqında qanun qəbul edilərkən magistrlərə möhlət verilib-verilməməsi məsələsinə baxılacaq. İndidən heç nə demək olmaz. Bizim ordumuz ciddi şəkildə modernləşir. Orduda ən müasir informasiya-kommunikasiya texnologiyası tətbiq olunur. Bu sistem üçün ən savadlı insanlara böyük ehtiyac var. Ona görə də bu məsələ diqqətlə araşdırılmalıdır. Bundan sonra qanunvericilik bazasında hansısa bir maddə nəzərə tutula bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR