Bank Of Baku

BDU Nano Araşdırmalar Laboratoriyasının müdiri: “Ramana ərazisində radiasiya fonu normadan 10 min dəfə çoxdur”

BDU Nano Araşdırmalar Laboratoriyasının müdiri: “Ramana ərazisində radiasiya fonu normadan 10 min dəfə çoxdur”
# 13 oktyabr 2011 09:35 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Nano Araşdırmalar Laboratoriyasının müdiri Məhəmmədəli Ramazanov məlumat verib.

O, BDU-da keçirilən tədbirdə universitetinin rektoru Abel Məhərrəmovun və ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun diqqətinə çatdırıb ki, Bakıda ən radiasiyalı zona məhz Ramana ərazisindədir.

Qeyd edək ki, radiasiya fonu ilə bağlı araşdırmalar Kanada dövlətinin ayırdığı yardım əsasında həyata keçirilib. Araşdırmaların nəticəsi hökumət qurumlarına təqdim olunacaq.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov isə APA-ya açıqlamasında deyib ki, Ramana qəsəbəsindəki keçmiş SSRİ-dən qalma Yod Zavodunun ərazisində tarbent kimi istifadə olunan aktivləşmiş kömür təbii radioaktiv maddələri özündə udub və həmin kömür müəyyən sahədə qalıb: “Kömürün ümumi yaratdığı radiasiya fonu kömürün öz üzərində 800-1000 mikrorentgen/saatdır. Radioaktivlik isə 500-800 bekkerel/kiloqramdır. Kömür olan ərazidən 10 metr kənarda radiasiya fonu təbii radiasiya fonu səviyyəsindədir. Yəni, kömür Ramana qəsəbəsindəki yaşayış məntəqəsində heç bir zərərli təsirə malik deyil, yalnız lokal olaraq zavodun ərazisində yığılıb. Bu ərazinin təmizlənməsi ilə bağlı ölkənin müvafiq qurumları – Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Dövlət Proqramına düşən iş həyata keçirilir. Güman edirəm ki, həmin kömür tamamilə izolyasiya olunacaq, yəni ərazidən daşınaraq aparılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR