Bank Of Baku

Azərbaycanın 24 rayonunda təhsil müəssisələrində çalışan pedaqoji işçilərdən 92-nin diplomunun saxta olduğu müəyyənləşib

Azərbaycanın 24 rayonunda təhsil müəssisələrində çalışan pedaqoji işçilərdən 92-nin diplomunun saxta olduğu müəyyənləşib
# 13 oktyabr 2011 09:47 (UTC +04:00)
Nazirlikdən APA-ya verilən məlumata görə, aparılmış araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin rayonların ümumtəhsil müəssisələrində çalışan pedaqoji işçilərdən 92-nin diplomu saxtadır.
Saxta diplomların 24-ü Bərdə, 12-si Quba, 7-si Cəlilabad, 7-si Beyləqan, qalanı isə digər 20 rayonda aşkar edilib. Məsələnin araşdırılması ilə bağlı Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət olunub.

Qeyd edək ki, saxta diplomların aşkarlanması məqsədilə Təhsil Nazirliyi tərəfindən daha 25 rayonun ümumtəhsil müəssisələrində araşdırmalara başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR