Bank Of Baku

Bakıda “Məzun 2011” VI Respublika Payız Yarmarkası keçirilir

Bakıda “Məzun 2011” VI Respublika Payız Yarmarkası keçirilir
# 13 oktyabr 2011 11:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Gənclər və İdman Nazirliyinin dəstəyi, Təhsil Nazirliyinin koordinasiyası ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan “Məzun 2011” VI Respublika Payız Yarmarkası keçirilir. APA-nın məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən ADİU rektoru Şəmsəddin Hacıyev bildirib ki, yarmarkada 90-dan artıq şirkət 1200-ə yaxın iş yeri təklif edib. Yarmarkada 3000-ə yaxın gəncin iştirak edəcəyi gözlənilir.

Gənclər və idman naziri Azad Rəhimov isə qeyd edib ki, dövlət gənclər siyasətinin əsas prioritetlərindən biri gənclərin məşğulluğunun dəstəklənməsidir. Gənclər və İdman Nazirliyi ilə ADİU-nun birgə təsis etdiyi “Karyera mərkəzi”ndə indiyədək gənclər üçün 40-dan çox təlim kursu, biznes yarışları keçirilib. Nazir “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun həyata keçirilən yarmarkanın gənclərin işsizlik problemlərinin həllinə əsaslı yardım edəcəyini deyib. Onun sözlərinə görə, bu ilki yarmarkanın fərqli cəhətlərindən biri işəgötürənlər arasında xarici ölkələrdə (Gürcüstan, Türkiyə, Rusiya) fəaliyyət göstərən şirkətlərin də olmasıdır.

Təhsil naziri Misir Mərdanov isə bildirib ki, əvvəllər belə yarmarkalar ölkə ictimaiyyəti tərəfindən yetərincə qiymətləndirilməsə də, hazırda məzun yarmarkalarında iştirak edən və ondan yararlanan gənclərin sayı artıb. Nazir yarmarkada ölkədə fəaliyyət göstərən 34 ali məktəbin məzunlarının iştirak etdiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR