Bank Of Baku

Bakıda “Şərq Tərəfdaşlığı ölkələrində müəllimlərin hazırlanması və ixtisasın artırılması” mövzusunda beynəlxalq seminar keçirilir

Bakıda “Şərq Tərəfdaşlığı ölkələrində müəllimlərin hazırlanması və ixtisasın artırılması” mövzusunda beynəlxalq seminar keçirilir
# 13 oktyabr 2011 12:09 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakıda Təhsil Nazirliyi və Avropa Komissiyasının birgə təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı ölkələrində müəllimlərin hazırlanması və ixtisasın artırılması” mövzusunda beynəlxalq seminar keçirilir. APA-nın məlumatına görə, seminarda Şərq Tərəfdaşlığının 4-cü Platforması çərçivəsində Şərq Tərəfdaşlığı ölkələri və Avropa Komissiyasının ekspertləri də daxil olmaqla 70-dən çox nümayəndə iştirak edir. Tədbirin açılışında çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, seminarın məqsədi Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrdə müəllim hazırlığı və ixtisasın artırılması ilə bağlı məsələləri müzakirə etməkdir: “Seminarda Şərq tərəfdaşlığı ölkələrində müəllimlərin hazırlanması və ixtisasın artırılmasına dair Avropa Komissiyasının həyata keçirdiyi tədqiqatın nəticələri və eləcə də bu sahədə Avropa İttifaqının siyasəti və təcrübəsi təqdim ediləcək. İki gün davam edəcək seminarda bu sahədə gələcək perspektivlər müəyyənləşəcək”.

Nazir qeyd edib ki, Azərbaycanda 10 dövlət, 7 özəl universitetdə 30 min tələbə təhsil alır. M. Mərdanovun sözlərinə görə, Azərbaycanda müəllimlər üçün treninq proqramları həyata keçirilir: “Azərbaycan təhsilində informasiya-kommunikasiya texnologiyalarının inkişafı həm müəllimlərin ixtisaslarının artırılması ilə bağlı proqramların, həm də onların işə qəbulunun həyata keçirilməsində böyük rol oynayır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR