Bank Of Baku

Azərbaycanda rezidentura üzrə boş qalmış 3 yerə elan edilən əlavə yerləşdirmə üçün 196 nəfər müraciət edib

Azərbaycanda rezidentura üzrə boş qalmış 3 yerə elan edilən əlavə yerləşdirmə üçün 196 nəfər müraciət edib
# 13 oktyabr 2011 14:57 (UTC +04:00)
Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, rezidenturanın boş qalmış yerlərinə ixtisas seçimi sabah saat 11.00-da başa çatacaq.

Qeyd edək ki, “Müalicə işi və pediatriya” istiqaməti üzrə rezidenturaya qəbul olanlardan 3 nəfəri qeydiyyatdan keçmədiyinə görə həmin yerlərə əlavə yerləşdirmə elan edilib. Boş qalan bir yer Azərbaycan Tibb Universitetində pediatriya, bir yer Milli Onkologiya Mərkəzində şüa terapiyası, bir yer isə Bakı şəhəri Kliniki Tibbi Mərkəzində travmatologiya-ortopediya üzrədir.

Həmin ixtisasların seçimində rezidenturaya qəbul imtahanlarında “Müalicə işi və pediatriya” istiqaməti üzrə müsabiqə şərtini ödəmiş namizədlər iştirak edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR