Bank Of Baku

Balakən rayonunda yeni məktəb binalarının tikintisinə başlanıb

Balakən rayonunda yeni məktəb binalarının tikintisinə başlanıb
# 14 oktyabr 2011 08:29 (UTC +04:00)
Balakən. Vüqar Heydərov - APA. Azərbaycanın Balakən rayonunda iki yeni məktəb binasının tikintisinə başlanılıb. Balakən rayon İcra Hakimiyyəti (İH) aparatından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu, Regionların sosial-iqtisad inkişafı Dövlət Proqramına uyğun olaraq həyata keçirilir. Balakən rayon İH-nin sifarişi ilə dövlət vəsaiti hesabına rayonun Qullar kəndində 80 yerlik, Təhsil Nazirliyinin sifarişi ilə dövlət vəsaiti hesabına Xalatala kəndində 360 yerlik məktəb binası qısa müddət ərzində tikilərək istifadəyə veriləcək. Balakən RİH-nin başçısı İslam Rzayevin iştirakı ilə bu gün hər iki məktəb binasının təməl qoyma mərasimləri keçirilib.
Qeyd edək ki, Regionların sosial-iqtisad inkişafı Dövlət Proqramına uyğun olaraq bu günə kimi Balakən rayonunda 21 yeni məktəb binası və korpus tikilərək şagirdlərin istifadəsinə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR