Bank Of Baku

Stokholm Universitetinin professorları ADU-da olub – FOTO

Stokholm Universitetinin professorları ADU-da olub – <font color=red>FOTO </font>
# 14 oktyabr 2011 08:52 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Səməd Seyidov Stokholm Universitetinin professorları Lav Ekenberqi və Oliver Popovu qəbul edib. ADU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, S. Seyidov qonaqları universitet və burada fəaliyyət göstərən İnformasiya Resurs Kompleksi haqqında məlumatlandırıb. O, universitetdə müasir simsiz texnologiyadan (Wi-Fi) istifadə edildiyini söyləyib və informasiya texnologiyaları sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb.

L. Ekenberq isə informasiya texnologiyasının tədrisi, informasiya sistemi, informasiya təhlükəsizlik sistemi, dil və kommunikasiya barədə danışıb. O, Stokholm universitetində kompüter elmləri ilə bağlı 8 bakalavr proqramının, 8 magistr proqramının və doktor pilləsi üzrə proqramın mövcud olduğunu deyib.

Görüşdə informasiya texnologiyası mərkəzinin yaradılması, orada tədqiqatlar aparılmasının mümkünlüyü, həmçinin universitetlərarası əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR