Bank Of Baku

Misir Mərdanov: “Qanunların verdiyi imkan daxilində 65 yaşlı insanları öz vəzifəsində saxlayırıq”

Misir Mərdanov: “Qanunların verdiyi imkan daxilində 65 yaşlı insanları öz vəzifəsində saxlayırıq”
# 14 oktyabr 2011 09:08 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Hazırda Azərbaycanda elə məktəb direktoru var ki, 70 yaşı var. Amma yaradıcıdır, məktəbin inkişafı ilə bağlı çox ciddi düşünür və müəyyən proqramlar həyata keçirir, onu niyə işdən çıxaraq? Qanunların verdiyi imkan daxilində biz 65 yaşlı insanları öz vəzifəsində saxlayırıq”. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov deyib.

Nazir bildirib ki, ümumtəhsil məktəblərində yaşı 65-dən yuxarı olan hər bir müəllimin şəxsi işi və əldə etdiyi nailiyyətlər araşdırılır və bundan sonra qərar verilir: “Qanun özü imkan verir ki, ilbəil müqaviləni uzatmaqla həmin adamın səlahiyyətini davam etdirək. Yanaşma birdir, bu, həm Bakıya, həm də rayonlara aiddir”.

Xatırladaq ki, Azərbaycanın ümumtəhsil məktəblərində yaşı 65-dən yuxarı olan 300-dək məktəb direktoru var. Onlardan rayonlar üzrə 200 nəfəri təqaüdə göndərilib. Bakıda olan 32 məktəb direktoru haqqında izə yaxın vaxtlarda qərar veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR