DSMF Sabunçu rayon şöbəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib
APA-nın məlumatına görə, tədbirdə çıxış edən DSMF sədri Səlim Müslümov bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə sığorta-pensiya sistemində aparılan uğurlu islahatlar nəticəsində 2011-cu ildə əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi xüsusi diqqət mərkəzində saxlanılaraq bu istiqamətdə mühüm addımlar atılıb: “Cari ilin iyulun 1-dən əvvəlki sistemlə təyin olunmuş pensiyaların yenidən hesablanması nəticəsində 900 min nəfərə yaxın əmək pensiyaçısının pensiyası orta hesabla 40 faiz artırılıb. Bununla da bütün pensiyaçılar yoxsulluq səviyyəsindən yuxarı olan pensiya almağa başlayıb”.
DSMF-nin rayon şöbələrində yaradılmış yeni infrastruktur barədə məlumat verən S. Müslümov deyib ki, qurum informasiya - kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində idarəetmə səmrəliliyinin artırılmasına nail olunub: “Son illər fondun 70-dən yuxarı rayon şöbələrində beynəlxalq standartlara cavab verən iş yerləri yaradılıb, müasir informasiya kommunikasiya texnologiyaları tətbiq edilib. Proqramla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsində informasiya kommunikasiya texnologiyalarının tətbiqi vasitəsilə idarəetmədə səmərəliliyin artırılması xüsusi diqqət mərkəzində saxlanılmaqdadır”.
Sabunçu rayon İcra hakimiyyətinin başçısı Əlibaba Əliyev isə Azərbaycanda əhalinin sosial müdafiəsini gücləndirmək sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Ə. Əliyev yeni inzibati binanın istifadəyə verilməsini ölkəmizdə gedən iqtisadi inkişafın göstəricisinin nümunəsi kimi qiymətləndirib.
Binanın açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları burada yaradılan şəraitlə tanış olublar. S. Müslümov fondun rayon şöbəsinin işçilərinə sığortaolunanların sayını daha da artırmaq, işləyənlərin sosial sığortaya cəlb edilməsi istiqamətində fəaliyyətin daha da gücləndirilməsi üçün müvafiq tapşırıqlar verib.
Sosial
Moskvada raket təhlükəsi elan olunub
Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib - FOTO
FHN küləklə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
Ədliyyə Nazirliyi dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı məlumat yayıb
Xəbər Lenti
"Bitcoin" bahalaşmaqda davam edib
Braziliyanın XİN rəhbəri ABŞ-ın hərbi müdaxiləsi riskinin artması barədə xəbərdarlıq edib
Bazar ertəsi axşamından səhər saat 6-ya qədər Moskvaya yaxınlaşan 36 dron vurulub
Məhkəmə Le Penin hüquqlarının bərpası ilə bağlı apellyasiya şikayəti üzrə qərarı elan edəcək
DÇ-26: Belçika 1/4 finala vəsiqə qazanıb
Polşa 2022-ci ildən bəri Ukraynaya 4,5 milyard dollar dəyərində silah göndərib
Oman sahillərində daha bir tanker hücuma məruz qalıb
Sudanda mədən çökməsi nəticəsində on beş nəfər həlak olub.
Portuqaliya millisinin baş məşqçisi istefa verib
NATO zirvəsi ilə bağlı Ankara aeroportunun fəaliyyətinə məhdudiyyət tətbiq olunacaq
Suriya tezliklə səkkiz “Airbus” təyyarəsi alacaq
Kriştianu Ronaldo dünya çempionatları ilə vidalaşıb
DÇ-26: İspaniya Portuqaliyanı məğlub edərək, 1/4 finala çıxıb
Venesuelada zəlzələ qurbanlarının sayı 3535-ə çatıb
Böyükşor-Pirşağı yolunda avtomobil işıq dirəyinə çırpılaraq, iki yerə ayrılıb, yanğın olub - FOTO - VİDEO
Moskvada raket təhlükəsi elan olunub
Məhkəmə İspaniya Baş nazirinin həyat yoldaşının NATO sammitində iştirakına icazə verməyib
Tramp Si Cinpinin sentyabrın sonunda ABŞ-a səfər edəcəyini deyib
İsrail Qəzzada HAMAS-ın təlim idarəsinin komandirini öldürüb
Makron: Fransa suveren və azad Suriyanı dəstəkləməyə sadiqdir
Bakıda motoxuliqanlıq edən şəxs həbs olunub - VİDEO
“Qatar Airways”in Doha-Tbilisi təyyarəsi Bakıya eniş edib
FIFA Belçika Futbol Federasiyasının Folarin Baloqunla bağlı apellyasiya şikayətini təmin etməyib
"Hürriyyət"in baş redaktoru Vüqar Məmmədovun məhkəməsində ittiham aktı elan olunub
Mərdəkanda bir nəfər dənizdə boğulub, iki nəfər xilas edilib, birinin axtarışı davam etdirilir
"Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan saxlanılıb - YENİLƏNİB
Ərdoğan NATO Baş katibi ilə görüşüb
Dambrauskas: Əlimizdən gələnin ən yaxşısını edəcəyik
Tramp FIFA prezidentindən Baloqunla bağlı qərarın yenidən nəzərdən keçirilməsini xahiş etdiyini bildirib
YAP-ın bir neçə rayon təşkilatının sədri dəyişib
“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib
Tramp: Rusiya və Ukrayna münaqişəni bitirmək istəyir, bunu NATO sammitində müzakirə edəcəyik
Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib - FOTO
Tramp: İranda rejim dəyişikliyi axtarışında deyiləm
FHN küləklə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
Rutte: Türkiyə NATO-nun ən güclü ordularından birinə sahibdir
Azərbaycan ilə Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək
Rutte: Rusiya müharibədə qalib gələ bilmədi, NATO Ukraynanı dəstəkləməyə davam edəcək
Parlament Azərbaycanla Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında müqaviləni ratifikasiya edəcək
Azərbaycan daha bir Beynəlxalq Konvensiyaya qoşulacaq
Tramp: İranla müharibənin xərcləri dəfələrlə ödənilib
Milli Məclis və Zimbabve Milli Assambleyasının sədrlərinin görüşü olub
İRİA ilə İctimai Şura üzvləri arasında görüş keçirilib
Ədliyyə Nazirliyi dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı məlumat yayıb
Rusiyanın Kiyevə kütləvi hücumu nəticəsində ölənlərin sayı 15-ə çatıb, 56 nəfər yaralanıb - YENİLƏNİB-2
Serj Sarkisyanın 1,7 milyon dollarlıq əmlakı müsadirə edilib
BakıKart QR ödənişi artıq ABB mobile-də - İlk 10 gediş pulsuz
AZAL: Bakı-Naxçıvan reyslərinin bəzisi ildırımlı hava səbəbindən təxirə salınıb
Balaxanı neftçiləri ilin ilk yarısını rekord hasilat göstəriciləri ilə bitiriblər
Azərbaycanda işsizlikdən sığorta üzrə daxilolmalar 122 mln. manatı ötüb