Bank Of Baku

Səlim Müslümov: “Dövlət Sosial Müdafiə Fondunun uzunmüddətli strategiyasının aralıq layihəsinin hazırlanması prosesi yekunlaşıb”

Səlim Müslümov: “Dövlət Sosial Müdafiə Fondunun uzunmüddətli strategiyasının aralıq layihəsinin hazırlanması prosesi yekunlaşıb”
# 14 oktyabr 2011 11:27 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov verib. S. Müslümov bildirib ki, oktyabrın sonuna qədər fondun 2025-ci ilə qədər dövrü üçün fəaliyyət strategiyasını müəyyənləşdirən layihənin təqdimatı keçiriləcək: “Həmin proqram vasitəsilə mövcud durum, hazırkı indikatorlar və parametrlər, makroiqtisadi, demoqrafik, o cümlədən sığorta pensiyasının parametrləri və digər mühüm məqamlar araşdırılacaq”.

S. Müslümov daha böyük layihənin isə Dünya Bankı ilə birgə reallaşdırılacağını da qeyd edib: “Sosial müdafiə və pensiya təminatının inkişafı ilə bağlı olan layihədir. Bu layihə növbəti 40 il üçün yəni 2050-ci ilə qədər sığorta pensiya sisteminin inkişafının uzunmüddətli layihəsinin tərtibi ilə məşğul olacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR