Bank Of Baku

Bakıda “İnklüziv təhsil: təcrübə və qarşıda duran vəzifələr” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib

Bakıda “İnklüziv təhsil: təcrübə və qarşıda duran vəzifələr” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib
# 14 oktyabr 2011 11:27 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakıda Təhsil Nazirliyi, UNİCEF, Azərbaycan Müəllimlər İnstitutu və Avropada Gözdən Əlil Şəxslərin Təhsili və Reabilitasiyası üzrə Beynəlxalq Şuranın təşkilatçılığı ilə “İnklüziv təhsil: təcrübə və qarşıda duran vəzifələr” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. APA-nın məlumatına görə, konfransın məqsədi sağlamlıq imkanları məhdud şəxslərin inklüziv təhsilə cəlb olunması yollarını araşdırmaq, onların cəmiyyətə inteqrasiyası ilə bağlı gələcək perspektivləri müəyyənləşdirməkdir.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycanda inklüziv təhsil imkanlarının genişləndirilməsi məqsədilə təhsil qanunvericiliyində müvafiq dəyişikliklərin edilməsi məqsədilə UNİCEF və nazirlik tərəfindən “İnklüziv təhsil haqqında” qanun layihəsi hazırlanıb və Milli Məclisə təqdim olunub. Nazir deyib ki, Azərbaycanda inklüziv təhsilin təşkili istiqamətində 2005-2009-cu illərdə “Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili ilə əlaqədar inkişaf” proqramı həyata keçirilib: “Proqram çərçivəsində 17 ümumtəhsil məktəbi və 13 uşaq bağçasında 200-dən çox sağlamlıq imkanları məhdud uşaq inklüziv təhsilə cəlb olunub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR