Bank Of Baku

DSMF sədri: “Yalnız dövriyyədən yığılan vəsait hesabına pensiyalar artırıla bilər”

DSMF sədri: “Yalnız dövriyyədən yığılan vəsait hesabına pensiyalar artırıla bilər”
# 14 oktyabr 2011 11:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA-Economics. “Yalnız dövriyyədən yığılan vəsait hesabına pensiyaların artırılması təklifini reallaşdırmaq olar”. “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, pensiyaların artırılması sosial sığorta planının toplanması ilə bilavasitə bağlıdır: “9 aylıq sosial sığorta planın toplanmasını 100,9% təmin etmişik. Proqnozlar onu göstərir ki, nəzərdə tutulandan artıq vəsaitin toplanması prosesini reallaşdıra bilərik. Bu, əmək haqlarının artması və leqallaşması, eləcə də qeydiyyatda olan işçilərin sayının artması ilə də əlaqədardır. Bu proses davam etsə, Sosial Sığorta Fonduna daha çox məbləğ daxil olsa, o zaman pensiyaların baza hissəsinin artmasına real imkanlar yaranacaq. Ancaq bu imkanlar yarandıqda, belə addımın artırılmasının şahidi ola bilərik. Yalnız dövriyyədən yığılan vəsait hesabına buna getmək daha doğrudur. Çünki bu hal inflyasiya doğurmur. Əks halda, inflyasiya doğuran element meydana çıxa bilər”.

S.Müslümov əhaliyə xidmət göstərilməsi səviyyəsinin yüksəldilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirildiyini də qeyd edib: “Hazırda Gəncə şəhər Kəpəz rayon, o cümlədən Qusar, Oğuz rayon şöbələrinin yeni inzibati binalarında tamamlama işləri görülür. Bakının Xəzər, Səbayel, Yasamal rayon şöbələrinin binalarının tikintisi üçün işlər görülür. Gələn il isə Neftçala, Beyləqan rayon şöbələrinin kompleks təmir-bərpa, o cümlədən avtomatlaşdırılması işlərini həyata keçirəcəyik. Bununla da bütün respublikanı əhatə etmiş olacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR