Bank Of Baku

“Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı” layihəsinin icrasına başlanır

“Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı” layihəsinin icrasına başlanır
# 14 oktyabr 2011 13:04 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakıda “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı” layihəsinə dair konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, layihə Avropa Qonşuluq Siyasətinin Milli Fəaliyyət Planı çərçivəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilir: “Layihənin icrasına sabahdan başlanacaq və 21 ay müddətində həyata keçiriləcək. Layihənin dəyəri 1 milyon 200 min avrodur”.

Nazir deyib ki, layihənin məqsədi kənd təsərrüfatı sahəsi üzrə peşə-ixtisas təhsilli mütəxəssislərin hazırlanması işini dəstəkləmək, peşə məktəblərinin məzunlarının iş tapmaq imkanlarını artırmaq, bu sahədə tədris kurrikulumu hazırlamaq və sairdir. Layihə çərçivəsində peşə təhsili müəssisələrinin rəhbərləri və müəllimləri üçün təlimlər keçiriləcək.

M. Mərdanovun sözlərinə görə, layihə “Azərbaycanda texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı”nın prinsiplərinə uyğun olaraq tərtib edilib. Layihə çərçivəsində pilot müəssisə seçiləcək. Həmin müəssisənin dövlət tərəfindən yenidən qurulması və təlim materiallarının hazırlanması və işəgötürənlərin bu prosesdə fəaliyyətini yüksəltmək məqsədilə Koordinasiya Şurası da yaradılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR