Bank Of Baku

Hidrometeoroloqlar istirahət günləri Azərbaycan ərazisində yağmursuz hava şəraiti proqnozlaşdırırlar

Hidrometeoroloqlar istirahət günləri Azərbaycan ərazisində yağmursuz hava şəraiti proqnozlaşdırırlar
# 14 oktyabr 2011 13:18 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, cənub-şərq küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Gecə 12-17, gündüz 19-24 dərəcə isti olacaq.

Oktyabrın 16-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Cənub-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında oktyabrın 15-də hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam Lənkəran-Astara zonasında qısamüddətli az yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 10-15, gündüz 20-25, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 16-da bölgələrdə hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Lakin gecə və axşam Lənkəran-Astara bölgəsində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 21-26, dağlarda gecə 7-12, gündüz 17-22 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR