Bank Of Baku

Azərbaycanda səfərdə olan Argentina İslam Mərkəzinin rəhbərləri məcburi köçkünlərlə görüşüblər

Azərbaycanda səfərdə olan Argentina İslam Mərkəzinin rəhbərləri məcburi köçkünlərlə görüşüblər
# 14 oktyabr 2011 13:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda səfərdə olan Argentina İslam Mərkəzinin prezidenti Samir Saleh və mərkəzin vitse-prezidenti Julio Made məcburi köçkünlərlə görüşüb. Bu barədə APA-ya Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Nümayəndə heyəti əvvəlcə Dərnəgül tələbə şəhərciyində Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında olub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov bildirib ki, 1988-ci ildə 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulub, 700 minə yaxın azərbaycanlı isə Dağlıq Qarabağdan və Ermənistan silahlı qüvvələrinin işğal etdiyi 7 rayondan didərgin salınaraq ölkənin 67 rayonunda 1600 məntəqədə müvəqqəti məskunlaşıb. Dağlıq Qarabağ münaqişəsi nəticəsində 20 min azərbaycanlı həlak, 50 min nəfər əlil olub, 100 min nəfərdən artıq adam müxtəlif bədən xəsarəti alıb. Azərbaycana 60 milyard dollar ziyan dəyib. Məcburi köçkünlər Bakıda 1043 obyektdə, o cümlədən 262 belə yataqxanada yığcam məskunlaşıblar.

G. Fərhadov əlavə edib ki, ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınıb, 20 min ailə, yəni 100 min nəfərdən çox insan yeni evlərə köçürülüb, 130 təhsil, 50-yə yaxın səhiyyə, onlarla rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR