Bank Of Baku

Lənkəranda əlillik mövzusunda zona müşavirəsi keçirib

Lənkəranda əlillik mövzusunda zona müşavirəsi keçirib
# 14 oktyabr 2011 13:56 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Lənkəran rayonunda “Əlilliyə səbəb olan faktorların öyrənilməsi, əlillik vəziyyəti, əlilliyin baş verməsi və ağırlaşması hallarının qarşısının alınmasında fərdi reabilitasiya proqramının icrasının əhəmiyyəti” mövzusunda zona müşavirəsi keçirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, müşavirədə bölgədə əlilliyi doğuran faktorların öyrənilməsi, əlilliyin müəyyən edilməsi, ilkin əlilliyin profilaktikası, bu istiqamətdə aparılan kompleks tədbirlərin genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Əlil insanların sosial adaptasiyası və sosial statusunun müəyyən edilməsində fərdi reabilitasiya proqramının əhəmiyyətindən danışılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR