Bank Of Baku

“Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 ili: Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı” mövzusunda tədbir keçirilib

“Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 ili: Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı” mövzusunda tədbir keçirilib
# 14 oktyabr 2011 14:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 ili: Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı” mövzusunda tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən komitə sədri, baş nazirin müavini Əli Həsənov bildirib ki, son 20 ildə məcburi köçkünlərin həyat şəraitini və problemlərini həll etmək üçün Azərbaycan dövləti tərəfindən önəmli addımlar atılıb: “Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı dövlət müstəqilliyini ikinci dəfə itirməkdən xilas etdi. Son 20 ilin ilk 10 ilində ölkədə iqtisadi, siyasi sabitlik yaratmaqla bərabər Dağlıq Qarabağ münaqişəsinin dünya miqyasında tanıdılması ilə bağlı geniş miqyaslı işlər aparıldı. Bununla yanaşı, qaçqın və köçkünlərin sosial problemlərinin həllinə başladı. Son 20 ilin ikinci 10 illiyində isə qaçqın və məcburi köçkünlərin həyat şəraiti əsaslı şəkildə yaxşılaşdırıldı”.

Ə. Həsənov deyib ki, Azərbaycanda neftdən gələn ilk bonuslar məhz məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilib: “2001-ci ildə Ermənistandan qovulan qaçqınların yerləşdirilməsi üçün qəsəbənin tikilməsi ilə bağlı sərəncam verildi. Bundan sonra isə məcburi köçkünlər üçün qəsəbələrin salınması ilə bağlı ardıcıllıqla sərəncamlar imzalandı”.

Ə. Həsənov qeyd edib ki, Azərbaycanı qısa müddətdə dünyaya tanıdan İlham Əliyev Qarabağ probleminin həllinə də nail olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR