Bank Of Baku

Portuqaliyada iş vaxtı yarım saat artırılır

Portuqaliyada iş vaxtı yarım saat artırılır
# 14 oktyabr 2011 14:53 (UTC +04:00)
Bakı - APA-Economics. Portuqaliyada özəl sektorun işçiləri üçün iş vaxtı 30 dəqiqə uzadılır, eləcə də bəzi bayram günlərinin ləğvi və bonusların kəsilməsi planlaşdırılır.

APA-Economics”in “The Financial Times”a istinadən xəbərinə görə, bu barədə Portuqaliyanın baş naziri Pedro Passuş Koelyu televiziya ilə xalqa müraciətində bildirib.

İlkin hesablamalara görə, özəl sektorun işçiləri qənaət nəticəsində ötən illə müqayisədə gəlirlərinin 20%-dən məhrum olacaqlar. Bundan başqa, bir çox məhsullara ƏDV-nin artırılması, əksər vergi güzəştlərinin ləğvi, təhsil və səhiyyəyə dövlət xərclərinin azaldılması nəzərdə tutulur. Bu tədbirlər 2012-2013-cü illərdə həyata keçiriləcək.

Baş nazir qeyd edib ki, büdcəyə qənaət tədbirləri Portuqaliyaya 78 mlrd. avro borc verməyə razılaşmış kreditorlarla bağlanmış sazişlərin yerinə yetirilməsinə yönəlib.

Xatırladaq ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya və Portuqaliyanı da əhatə edib. Portuqaliya Avropa İttifaqına və Beynəlxalq Valyuta Fonduna kredit ayrılması xahişi ilə müraciət etmək məcburiyyətində qalıb. Həmin vaxt ölkənin dövlət borcu 160 mlrd. avronu üstələyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR