Bank Of Baku

Əli Həsənov: “Artıq yerli sakinlərin evlərində yaşayan məcburi köçkünlərin köçürülməsinə başlanılıb”

Əli Həsənov: “Artıq yerli sakinlərin evlərində yaşayan məcburi köçkünlərin köçürülməsinə başlanılıb”
# 14 oktyabr 2011 15:11 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Yerli sakinlərin evlərində yaşayan məcburi köçkünlərin köçürülməsinə başlanılıb. Artıq 20-yə qədər evdən məcburi köçkün ailəsi köçürülüb”.
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında baş nazirin müavini, Qaçın və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, Bakı ərazisində çox vacib tikinti ərazilərinə düşən yerlərdən də 200-dək məcburi köçkün ailəsi köçürülüb: “Bu proses gündəlik gedir. Məcburi köçkünlərin Avropa Şurasına müraciət etməsinə ehtiyac yoxdur. Bəzi vəkillər məcburi köçkünləri az qala şamla axtarıb tapırlar ki, onların müraciətlərindən qazanc əldə etsinlər. Bu, düzgün yol deyil. Artıq Azərbaycan hökuməti qərar qəbul edib, vəsait ayırıb, biz tədricən onları köçürürük. Artıq bu Dövlət Proqramında da öz əksini tapıb. Məcburi köçkünlər bu cür insanlara şərait yaratmamalıdırlar. Onların hesabına dövlətin imicinə ziyan dəyir”.

Ə. Həsənov mənzillərində məcburi köçkün yaşayan ev sahiblərinə də müraciət edib: “Biz tədricən bu problemi həll edəcəyik. Avropa Şurasına müraciət etməyə ehtiyac qalmayacaq. Artıq bu problem fundamental şəkildə öz həllini tapır. Bu qədər dözüblərsə, bir qədər də dözsünlər. Onlar bilsinlər ki, dövlətin imicinə vurduqları ziyan çox böyükdür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR