Bank Of Baku

Baş nazirin müavini: “Gələn il məcburi köçkünlərin Bakı Dövlət Universitetinin yataqxanalarından köçürülməsinə nail olacağıq ”

Baş nazirin müavini: “Gələn il məcburi köçkünlərin Bakı Dövlət Universitetinin yataqxanalarından köçürülməsinə nail olacağıq ”
# 14 oktyabr 2011 15:35 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Qaçın və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Ə. Həsənov deyib ki, artıq həmin ərazi üçün texniki şərtlər alınıb və ekspertizaya təqdim edilib. Layihə texniki ekspertizadan keçən kimi orada tikinti başlayacaq: “Ancaq bu başlanğıcdır. Həmin ərazidə heç bir texniki infrastruktur yoxdur. Əvvəlcə bu ərazidə texniki infrastruktur yaradılacaq. Hesab edirəm ki, gələn il bu əraziyə Bakı Dövlət Universitetinin yataqxanalarından məcburi köçkünlərin köçürülməsinə nail olacağıq”.

Komitə sədri deyib ki, gələn il İmişli rayonu ərazisində olan fin qəsəbəsinin köçürülməsi ilə əlaqədar işlərə başlanacaq. İsmayıllı və Şəki rayonlarında da məcburi köçkünlər üçün qəsəbələr tikiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR