Bank Of Baku

«Müstəqilliyimiz əbədidir» mövzusunda inşa müsabiqəsinə yekun vurulub - FOTO

«Müstəqilliyimiz əbədidir» mövzusunda inşa müsabiqəsinə yekun vurulub - <font color=red>FOTO</font>
# 15 oktyabr 2011 11:11 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakı şəhər Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə «Müstəqilliyimiz əbədidir» adlı müsabiqənin yekunlarına həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən BŞTİ-nin müdiri Nailə Rzaquliyeva bildirib ki, sentyabrın 27-dən başlayan və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar təşkil olunan müsabiqənin keçirilməsində məqsəd şagirdləri Azərbaycanın tarixi, dövlət müstəqilliyi ilə bağlı maarifləndirmək, həmçinin onların bu istiqamətdə istedad və bacarıqlarını üzə çıxarmaqdan ibarətdir.

Müsabiqə inşa və bədii qiraət nominasiyaları üzrə keçirilib. İnşa yazısı nominasiyası üzrə müsabiqənin şəhər mərhələsində 247 şagird iştirak edib, onlardan 42-si finala vəsiqə qazanıb. Bədii qiraət nominasiyası üzrə müsabiqədə iştirak edən 226 şagirddən 30-u final mərhələsinə vəsiqə əldə edib. Müsabiqədə iştirak edən şagirdlər arasında bədii qiraət nominasiyası üzrə 12, inşa yazı nominasiyası üzrə isə 11 nəfər qalib olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR