Bank Of Baku

Bu il Lerik rayonunda 18 qız tələbə adına layiq görülüb,TQDK-nin məlumatında isə bu, əksini tapmayıb

Bu il Lerik rayonunda 18 qız tələbə adına layiq görülüb,TQDK-nin məlumatında isə bu, əksini tapmayıb
# 15 oktyabr 2011 17:16 (UTC +04:00)
Lerik. Ağəddin Babayev – APA. Azərbaycanın Lerik rayonundan bu il 270 məzun tələbə adını qazanmaq üçün ölkənin müxtəlif ali məktəblərinə sənəd verib. Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Balaşirin Nəsirovun APA-nın Cənub bürosuna verdiyi məlumata görə, onlardan da 140 nəfəri tələbə adına layiq görülüb. Balaşirin müəllimi narahat edən isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən (TQDK) onların ünvanına səsləndirilən iraddır. Belə ki, TQDK bu il üzrə ali məktəblərə daxil olanların statistikasını açıqlayarkən Lerik və Yardımlı rayonlarından bir nəfər də olsun qız uşağının tələbə adını qazanmaq üçün sənəd vermədiyini bildirib. Lerik RTŞ-nin müdiri isə bu məlumatın yanlış olduğunu, bu il sənəd verən lerikli abituriyentlərdən 23-nün qız olduğunu, onların da 18 nəfərinin tələbə adına layiq görüldüyünü israr edir:“Mənim yaxın qohumumun 2 qızı bu il tələbə adına layiq görülüb və hazırda paytaxtdakı universitetlərin birində təhsil alır”. RTŞ müdiri bu il rayon üzrə tələbə adını qazanan qızlardan birinin şəhər məktəbindən, digər 17-nin isə kənd məktəblərindən olduğunu bildirib.
B.Nəsirov mövcud problemlərə də toxunub. Ucqar dağ rayonlarından olan Lerikdəki 109 məktəbdə 9321 şagirdin oxuduğunu və onların təlim-tərbiyəsi ilə 1443 müəllimin məşğul olduğunu bildirən şöbə müdirinin sözlərinə görə, bu il yaşı 65 və daha çox olan 177 müəllim işdən azad edilib. Rayona testlə imtahan verib işləməyə gələn müəllimlərin sayı isə cəmi 14 nəfərdir. RTŞ-də hazırda ən böyük problemlərindən biri də ixtisaslı müəllim kadr çatışmamazlığıdır. Tələbat daha çox texniki, təbiət və xarici dil fənnini tədris edən müəllimlərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR