Bank Of Baku

Gəncədə Beynəlxalq Dünya Gənclər Festivalı çərçivəsində “Qloballaşan dünya və qloballaşmada gənclərin rolu” mövzusunda konfrans keçirilib - FOTO

Gəncədə Beynəlxalq Dünya Gənclər Festivalı çərçivəsində “Qloballaşan dünya və qloballaşmada gənclərin rolu” mövzusunda konfrans keçirilib - <font color=red>FOTO</font>
# 17 oktyabr 2011 07:58 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncə şəhərində Beynəlxalq Dünya Gənclər Festivalı davam edir. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, festival çərçivəsində “Qloballaşan dünya və qloballaşmada gənclərin rolu” adlı konfrans keçirilib. Konfransda qloballaşmanın müsbət tərəfləri müzakirə olunub. Konfrans iştirakçıları qeyd ediblər ki, 1984-cü ildə internetdən cəmi min nəfər istifadə edirdisə, 1992-ci ildə bu rəqəm 1 milyon, 2008-ci ildə isə 1 milyard olub. Natiqlərin sözlərinə görə, internetin mövcud imkanlarından istifadə etməklə Azərbaycan tarixi, mədəniyyəti, ölkəmiz haqqında həqiqətləri dünya gənclərinə çatdırmaq mümkündür. Tədbir çərçivəsində qloballaşma mövzusunda gənclər arasında debatlar keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR